...

Abşeronda qətl törətməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb

Hadisə Materials 23 İyul 2018 11:54 (UTC +04:00)
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Abşeronda qətl törətməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb

Bakı. Trend:

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 19-da saat 1 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisindən Bakı şəhər sakini Fərid Qurbanovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində F.Qurbanovu deşici alətlə (amburla) qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fəxri Şahbazlı, habelə hadisənin digər iştirakçıları - Misir Abdullayev, Araz Heydərov, Zamiq Quliyev və Ərşad İsayev saxlanılaraq istintaqa təhvil veriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti