...

Qobustanda qanunsuz ov edən Türkiyə vətəndaşı saxlanıldı

Hadisə Materials 11 Avqust 2018 16:55 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin birgə tədbirlər planına uyğun olaraq hər iki nazirliyin əməkdaşları tərəfindən vətəndaşlardan daxil olmuş məlumat əsasında reyd keçirilib.
Qobustanda qanunsuz ov edən Türkiyə vətəndaşı saxlanıldı

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin birgə tədbirlər planına uyğun olaraq hər iki nazirliyin əməkdaşları tərəfindən vətəndaşlardan daxil olmuş məlumat əsasında reyd keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, reyd zamanı Qobustan rayonu Nardərən kəndi yaxınlığındakı ərazidə qanunsuz olaraq şahin quşlarının tutulmasında şübhə yaradan “Niva” markalı 99 XR-136 dövlət qeydiyyat nişanlı avtomobil müşahidə olunub. Görülən operativ tədbirlər nəticəsində həmin avtomobil saxlanılıb.

Avtomobilə keçirilən baxış zamanı yük yerində şahin quşlarının tutulmasında istifadə olunan kustar üsulla hazırlanmış 50 ədəd cələ, 7 dəstə cələ ilgəkləri, 3 ədəd şahin quşu papağı, 1 baş ev göyərçinin cəsədi aşkar edilərək maddi subut kimi götürülüb.

Araşdırma zamanı qanunsuz ov edən şəxsin Türkiyə vətəndaşı İssi Ercan Mehmet olduğu müəyyən edilərək onun barəsində protokol tərtib olunub.

İnzibati xəta törətdiyinə görə İssi Ercan Mehmet barəsində hazırda İnzibati Xətalar Məcəlləsinə əsasən zəruri tədbirlər görülür və bu istiqamətdə reydlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti