...

Qaradağda yanğınla nəticələnən yol qəzası baş verib

Hadisə Materials 29 Avqust 2018 22:59 (UTC +04:00)
Bakı şəhərində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qaradağda yanğınla nəticələnən yol qəzası baş verib

Bakı. Trend:

Bakı şəhərində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, paytaxtın Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobili yol kənarına aşıb və daha sonra alışıb.

Yanğın nəticəsində avtomobilin salonu və yük yeri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti