...

Braziliyanın milli muzeyində yanğın olub (FOTO)

Hadisə Materials 3 Sentyabr 2018 10:04 (UTC +04:00)
Rio-de-Janeyroda Braziliyanın ən böyük milli müzeyində yanğın olub.
Braziliyanın milli muzeyində yanğın olub (FOTO)

Bakı. Trend:

Rio-de-Janeyroda Braziliyanın ən böyük milli müzeyində yanğın olub. Trend-in məlumatına görə, yanğın muzeydə iş saatı bitdikdən sonra baş verdiyi üçün fövqəladə vəziyyət yaranmayıb, xəsarət alan olmayıb.

Binanı mühafizə edən 4 nəfər yanğın başlayan anda muzeyi dərhal tərk ediblər. Alov isə XIX əsrin əvvəllərində tikilmiş taxta konstruksiyalı muzeyi qısa müddət ərzində bürüyüb.

Muzeydə 20 milyon eksponatın olduğu bildirilir. Məlumata görə, yanğın nəticəsində bu eksponatların böyük əksəriyyəti məhv olub, muzeyin tavanı tamamilə külə dönüb.

Braziliya Prezidenti Mişel Temet bildirib ki, dəymiş ziyanı qiymətləndirmək mümkün deyil.

Yanğının başvermə səbəbləri hələ məlum deyil. Araşdırma başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti