...

Mingəçevir su anbarında və Kür çayında batan şəxslərin axtarışlarına amfibiya təyyarəsi cəlb olunub

Hadisə Materials 4 Sentyabr 2018 09:44 (UTC +04:00)
Mingəçevir su anbarında batan şəxslərin axtarışlarına amfibiya təyyarəsi cəlb olunub
Mingəçevir su anbarında və Kür çayında batan şəxslərin axtarışlarına amfibiya təyyarəsi cəlb olunub

Bakı. Trend:

Mingəçevir su anbarında (nəzarətsiz ərazi) avqustun 29-da batdığı ehtimal olunan 1994-cü il təvəllüdlü Hüseynov Kamil Faiq oğlunun və Kür çayının Tovuz rayonunun Girzan kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Quliyev Elxan Vüsal oğlunun axtarışları davam edir.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları, Aviasiya dəstəsinin "BE-200 ÇS" amfibiya təyyarəsi və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Əlavə məlumat veriləcək.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti