...

Lənkəranda 15 yaşlı oğlanın qəfil ölümü araşdırılır

Hadisə Materials 10 Sentyabr 2018 21:48 (UTC +04:00)
Lənkəranda yeniyetmə qəfil ölüb.
Lənkəranda 15 yaşlı oğlanın qəfil ölümü araşdırılır

Bakı. Samir Əli - Trend:

Lənkəranda yeniyetmə qəfil dünyasını dəyişib.

Trend-in məlumatına görə, hadisə sentyabrın 10-da baş verib.

Lənkəran rayonunun Günəhir kənd sakini, 2003-cü il təvəllüdlü Məmmədov Ədalət Yaqub oğlunun yaşadığı evdə halı qəfil pisləşib və huşsuz vəziyyətə düşüb. Ailə üzvləri onu xəstəxanaya çatdırmaq istəsələr də, mümkün olmayıb. Ə.Məmmədov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Məlumata görə, Ə.Məmmədov uzun müddət epilepsiya xəstəsi olub.

Faktla bağlı Lənkəran şəhər Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti