...

Prokuror Bakıda iki nəfərin ölümündə təqsirləndirilən sürücüyə cəza istədi

Hadisə Materials 10 Sentyabr 2018 16:32 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxta ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı Tarieli Kakabidzenin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prokuror Bakıda iki nəfərin ölümündə təqsirləndirilən sürücüyə cəza istədi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı Tarieli Kakabidzenin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə cəza istəyib.

Dövlət ittihamçısı T.Kakabidzenin cinayət əməlinin məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini deyib və onun 8 il azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, bu il aprelin 21-də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Gürcüstan vətəndaşı Tarieli Kakabidzenin idarə etdiyi “Renault” və Bakı şəhər sakini Eldar Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Əliyev və sərnişini, paytaxt sakini Pərviz Məmmədov orada ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti