...

Şirvanda piyadanı vuran avtomobil aşdı, ölən var

Hadisə Materials 17 Sentyabr 2018 14:54 (UTC +04:00)
Şirvan şəhərinin M.Əsədov küçəsində yol-nəqliyyat hadisəsi baş verib
Şirvanda piyadanı vuran avtomobil aşdı, ölən var

Bakı. Trend:

Şirvan şəhərinin M.Əsədov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 15-də saat 19 radələrində Şirvan şəhəri M.Əsədov küçəsində şəhər sakini İmran Əhədov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən həmyerlisi Güldəstə Abışovanı vurmuş və idarəetməni itirdiyindən avtomobil aşıb. Nəticədə piyada hadisə yerində ölüb, sürücü və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti