...

ANAMA "Mahmudçala" ovçuluq təsərrüfatında əməliyyat-axtarış tədbirlərini başa çatdırıb

Hadisə Materials 3 Oktyabr 2018 00:25 (UTC +04:00)

Bakı. Trend:

Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində aparılan əməliyyat-axtarış tədbirləri tam olaraq başa çatdırılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, sentyabrın 1-də saat 09:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 09:50-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə 1 sentyabr - 2 oktyabr tarixlərində baxış keçirilib, 30 əməliyyat günü ərzində aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində 1 092 ədəd müxtəlif növ partlamamış hərbi sursat, 1 ədəd pnevmatik və 1 ədəd ˝SEVİDJ˝ markalı tapança, 1 ədəd AK-74 və 1 ədəd RPK-74 avtomatı aşkar olunub, 194 428 kv.m əraziyə yerüstü və 20 000 kv.m əraziyə isə yeraltı baxış keçirilib.

Aşkar olunmuş partlamamış hərbi sursatlar və odlu silahlar bu gün partlayış yolu ilə zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti