...

Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb (FOTO)

Hadisə Materials 19 Oktyabr 2018 19:53 (UTC +04:00)
Gəncədə külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb (FOTO)

Bakı. Trend:

Gəncədə külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü Elman Həsənovun yaşadığı fərdi evə hal şahidlərinin iştirakı ilə baxış keçirilib. Bu zaman yaşayış evinin yataq otağında 3 ədəd ağ sintetik kisədə, ümumi çəkisi 25 kq 850 qram olan marixuana, 1,391 qram çəkidə küstar üsulla hazırlanan həşiş qətranı və digər narkotik tərkibli toxumlar aşkarlanaraq, maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti