Bakı. Trend:
Qax rayonunun Qaşqaçay kəndində “QAZ” markalı minik avtomobilinin idarəetmə lövhəsi və mühərrikində elektrik naqilləri qismən yanıb.
Trend-ə FHN-dən verilən məlumata əsasən, svtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.