...

İranda yol qəzası - 7 nəfər öldü

Hadisə Materials 17 Noyabr 2018 13:55 (UTC +04:00)
İranın Təbriz-Zəncan magistralında, Miyana ərazisində yol qəzası nəticəsində 7 nəfər ölüb, bir nəfər yaralanıb.
İranda yol qəzası - 7 nəfər öldü

Bakı. Elnur Bağışov - Trend:

İranın Təbriz-Zəncan magistralında, Miyana ərazisində yol qəzası nəticəsində 7 nəfər ölüb, bir nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə İranın Şərqi Azərbaycan vilayətinin təcili yardım idarəsinin sözçüsü Vəhid Şadi xəbər verib.

Onun sözlərinə görə, hadisə ötən gecə “Persia” markalı minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində baş verib.

Şadi qəza nəticəsində 7 nəfərin hadisə yerində keçindiyini, yaralanan bir nəfərin isə xəstəxanaya aparıldığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti