...

Babək prospektində iki avtomobil toqquşdu, birinin sürücüsü öldü

Hadisə Materials 21 Noyabr 2018 13:33 (UTC +04:00)
Nizami rayonunun Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Babək prospektində iki avtomobil toqquşdu, birinin sürücüsü öldü

Bakı. Trend:

Nizami rayonunun Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 20-də saat 20 radələrində Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini Rahim Sultanov idarə etdiyi “Daewoo” markalı avtomobilli yolun kənarında dayanmış paytaxt sakini Emil Həsənova məxsus “Audi” markalı avtomobilə vurub. Nəticədə R.Sultanov hadisə yerində ölüb, E.Həsənova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti