...

"Samur" gömrük postunda qanunsuz keçirilən balıq kürüsü aşkarlandı (FOTO)

Hadisə Materials 21 Noyabr 2018 13:38 (UTC +04:00)
Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Kia Rio" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
"Samur" gömrük postunda qanunsuz keçirilən balıq kürüsü aşkarlandı (FOTO)

Bakı. Trend:

Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Kia Rio" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin yük yerindəki qara rəngli polietilen paketlərdən, 4 ədəd plastik qabda, ümumi çəkisi 2 120 qram olan qara rəngli dənəvari balıq kürüsü, 2 000 ədəd "Parliament Heets" və 200 ədəd "Parliament Compact" markalı siqaretlər, 2 ədəd "Samsung Galaxy S9" markalı mobil telefonlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti