...

Qusarda qanunsuz ov edən şəxs saxlanılıb

Hadisə Materials 8 Yanvar 2019 16:39 (UTC +04:00)
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov edən şəxs saxlanılıb.
Qusarda qanunsuz ov edən şəxs saxlanılıb

Bakı. Trend:

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Qusar rayonunun Cağar kəndinin meşə zolağında qanunsuz ov etmək istəyən rayonun Çiləgir kənd sakini Bəhmən Hacıyev saxlanılaraq şöbəyə gətirilib. Ondan “Churchill” markalı ov tüfəngi götürülüb.

Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti