...

Goranboyda 33 ev quşunu oğurlayanlar saxlanılıblar

Hadisə Materials 13 Fevral 2019 23:05 (UTC +04:00)
Goranboyda 33 ev quşunu oğurlayan şəxslər saxlanılıblar
Goranboyda 33 ev quşunu oğurlayanlar saxlanılıblar

Bakı. Trend:

Goranboyda 33 ev quşunu oğurlayan şəxslər saxlanılıblar.

DİN-dən Trend-ə verilən məlumata görə, Goranboy RPŞ-nin əməkdaşları tərəfindən fevralın 9-da rayon ərazisindəki həyətyanı sahələrin birindən 11 ev quşu oğurlamaqda şübhəli bilinən Səmədabad kənd sakinləri A.Xəlilov, E.Əsədov və R.Hüseynov saxlanılıblar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların fevralın 6-na keçən gecə Səmədabad kəndindəki daha bir həyətdən 22 ev quşunu oğurlamaları da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti