Bakı. Trend:
Bərdədə avtoyuma məntəqəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 12 m² olan tikilinin (avtoyuma məntəqəsi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb. Məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.