...

Polis Taksimdə mitinqi dağıtdı - Saxlanılanlar var (FOTO/VİDEO)

Hadisə Materials 1 May 2019 11:27 (UTC +04:00)
Polis İstanbulun Taksim meydanında 1 may ilə əlaqədar mitinqə toplaşmağa cəhd edənləri dağıdıb.
Polis Taksimdə mitinqi dağıtdı - Saxlanılanlar var (FOTO/VİDEO)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Polis İstanbulun Taksim meydanında 1 may ilə əlaqədar mitinqə toplaşmağa cəhd edənləri dağıdıb. Trend-in məlumatına görə, təxminən 100 nəfər bu məqsədlə meydana daxil olmaq istərkən polis tərəfindən müqavimətlə rastlaşıb.

Türkiyə KİV-ləri polis tərindən 7 mitinq iştirakçısının saxlanıldığı bildirilir.

Qeyd edək ki, artıq səhər saatlarından İstanbul polisi 1 may mitinqlərinin keçiriləcəyi gözlənilən Taksim meydanını mühasirəyə alıb, meydan istiqamətində avtomobil yolları da bağlanıb.

Türkiyə hökuməti isə İstanbulun Bakırköy və Maltəpə rayonlarında 1 may mitinqlərinin keçirilməsinə rəsmi razılıq verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti