...

Astarada motosiklet oğurlayan Lənkəran sakini saxlanılıb (FOTO)

Hadisə Materials 21 May 2019 14:46 (UTC +04:00)
Astara rayonunun Şahağacı kənd sakininin yaşayış evinin həyətindən “Muravey-2M-01” markalı motosiklet oğurlanıb.
Astarada motosiklet oğurlayan Lənkəran sakini saxlanılıb (FOTO)

Bakı. Trend:

Astara rayonunun Şahağacı kənd sakininin yaşayış evinin həyətindən “Muravey-2M-01” markalı motosiklet oğurlanıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Astara rayonunun Şahağacı kənd sakini O.Rəhimov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək mayın 19-da gecə saatlarında ona məxsus yaşayış evinin həyətindən “Muravey-2M-01” markalı motosikletin oğurlandığını bildirib.

Astara RPŞ əməkdaşlarının keçirdiklərinin əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını törətmiş şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Lənkəran şəhər sakini Vaqif Babayev olduğu müəyyənləşdirilib və oğurladığı “Muravey-2M-01” markalı motosiklet aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti