...

Ağdamda sel - 2 çoban və 500 qoyun xilas edildi

Hadisə Materials 21 May 2019 17:12 (UTC +04:00)
Əfətli kəndi ərazisindən keçən hissəsində 2 nəfər (çoban) və təxminən 500 baş xırdabuynuzlu heyvan köməksiz vəziyyətdə qalıb.
Ağdamda sel - 2 çoban və 500 qoyun xilas edildi

Bakı. Trend:

Qarqarçay çayında suyun səviyyəsi kəskin artıb, nəticədə çayın Ağdam rayonunun Əfətli kəndi ərazisindən keçən hissəsində 2 nəfər (çoban) və təxminən 500 baş xırdabuynuzlu heyvan köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Qarabağ Regional Mərkəzinin və Ağdam Rayon İcra Hakimiyyətinin yerli qüvvələri tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində 2 nəfər və heyvanlar xilas olunaraq təhlükəsiz əraziyə təxliyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti