...

Qədr gecəsində silahlı insident - Polis rəisi öldürüldü

Hadisə Materials 27 May 2019 09:46 (UTC +04:00)
İranın qərbində yerləşən Kirmanşah vilayətinin İslamabad Qərb rayonunun istintaq idarəsinin polis rəisi Kuruş Hacı Muradi silahlı insidentdə öldürülüb.
Qədr gecəsində silahlı insident - Polis rəisi öldürüldü

Bakı. Elnur Bağışov - Trend:

İranın qərbində yerləşən Kirmanşah vilayətinin İslamabad Qərb rayonunun istintaq idarəsinin polis rəisi Kuruş Hacı Muradi silahlı insidentdə öldürülüb.

Trend-in məlumatına görə, bunu İranın Kirmanşah vilayəti hüquq-mühafizə orqanının rəis müavini polkovnik Məhəmməd Rza Amuyi deyib.

M.Amuyinin sözlərinə görə, ötən gecə Qədr gecəsi mərasiminin iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə Hacı Muradinin rəhbərliyi ilə bir qrup polis reyd keçirirmiş: "Polis məmurları bir avtomobilə şübhələnirlər. Avtomobili saxlatdırmaq istəyərkən silahlı insident baş verir. Hadisədə Hacı Muradi ağır yaralanıb, xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb".

Polkovnik Amuyi başqa bir polisin də yaralandığını deyib.

Silahlılar hadisə yerindən qaçıblar. Onların tapılması üçün əməliyyatlar keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti