...

FHN yağıntılı hava ilə bağlı əhaliyə müraciət edib

Cəmiyyət Materials 10 Dekabr 2025 10:44 (UTC +04:00)
FHN yağıntılı hava ilə bağlı əhaliyə müraciət edib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 11-i gündüzədək davam edəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi yerlərdə subasmanın, çaylarda qısamüddətli sel və daşqının baş verəcəyi proqnozlaşdırılır.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

"Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmalı, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmalı, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!", - müraciətdə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti