...

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 83 nəfər təxliyə edilib

Hadisə Materials 12 İyun 2019 22:13 (UTC +04:00)
Bakıda yanğın qeydə alınıb
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 83 nəfər təxliyə edilib

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

FHN-dən Trend-ə verilən məlumata görə, şəhərin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin eyvanında 1 ədəd qaz sayğacı, 7-ci mərtəbəsinin eyvanında plastikdən ibarət pəncərə çərçivəsi, 1 ədəd su qızdırıcısı və 1 ədəd kondisioner, 8-ci mərtəbəsinin eyvanında 4 m² sahədə məişət tullantıları və hər üç mərtəbənin eyvanından keçən kommunikasiya xətləri 9 p.m yanıb.

Yanğın zamanı 83 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti