...

Ağsuda 4 otaqlı ev yanıb

Hadisə Materials 17 İyun 2019 21:22 (UTC +04:00)
Ağsuda yanğın qeydə alınıb
Ağsuda 4 otaqlı ev yanıb

Bakı. Trend:

Ağsuda yanğın qeydə alınıb.

FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Elabad kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 60 m² olan talvar və altına yığılan 1,8 ton ot bağlamasının 1 tonu yanıb.

Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Məqalədə:
Xəbər lenti

Xəbər lenti