...

Lənkəranda ağır qəza, ölən var

Hadisə Materials 6 İyul 2019 22:02 (UTC +04:00)
Lənkəranda şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib
Lənkəranda ağır qəza, ölən var

Bakı. Trend:

Lənkəranda şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Lənkəran şəhərinin Gərmətük qəsəbəsində “ГАЗ” markalı yük avtomobili və “Mersedes” markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri aşmış yük avtomobilinin altından sürücü 1993-cü il təvəllüdlü Tahirov Hakim Mübariz oğlunun meyitini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti