...

Samuxda iki avtomobil toqquşdu, ölən və xəsarət alan var

Hadisə Materials 9 İyul 2019 17:55 (UTC +04:00)
Samux şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Samuxda iki avtomobil toqquşdu, ölən və xəsarət alan var

Bakı. Trend:

Samux şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 8-də saat 11 radələrində Samux şəhərinin ərazisində Nəbiağalı qəsəbə sakini Elham Nəsibovun idarə etdiyi “VAZ-21070” və Göygöl rayon sakini N.Məhərrəmovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşmuşdur.

Nəticədə E.Nəsibov hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Samux RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti