...

Ağcabədidə ferma yanıb

Hadisə Materials 10 İyul 2019 02:15 (UTC +04:00)
Ağcabədi rayonunda yanğın hadisəsi qeydə alınıb
Ağcabədidə ferma yanıb

Bakı. Trend:

Ağcabədi rayonunda yanğın hadisəsi qeydə alınıb.

FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Salmanbəyli kəndində ümumi sahəsi 1050 m² olan fermanın dam örtüyünün yanar konstruksiyaları 480 m² sahədə, içərisinə yığılan 30 ton ot bağlamasının 10 tonu və yaxınlıqda ümumi sahəsi 222 m² olan qamışdan ibarət tövlə yanıb.

Fermanın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti