Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Biləcik əyalətində avtobus yük maşını ilə toqquşub.
Trend-in məlumatına görə, hadisə nəticəsində bir nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, bəzilərinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Qəza nəticəsində zərər çəkənlər Türkiyə vətəndaşlarıdır.