...

Qaradağda avtomobillə vurulan Sabirabad sakini yerindəcə ölüb

Hadisə Materials 10 Avqust 2019 00:43 (UTC +04:00)
Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Qaradağda avtomobillə vurulan Sabirabad sakini yerindəcə ölüb

Bakı. Trend:

Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 8-də saat 14 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Neftçala rayon sakini Ə.Kərimov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Sabirabad rayon sakini Novruz Novruzovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti