...

Qubada dağlıq ərazidə baş vermiş yanğın söndürülüb

Hadisə Materials 21 Avqust 2019 04:30 (UTC +04:00)
Qubada dağlıq ərazidə baş vermiş yanğın söndürülüb
Qubada dağlıq ərazidə baş vermiş yanğın söndürülüb

Bakı. Trend:

Qubada dağlıq ərazidə baş vermiş yanğın söndürülüb.

FHN-dən Trend-ə verilən məlumata görə, 19.08.2019-cu il tarixində Quba rayonunun Zərqava kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Mülki Müdafiə Qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti və Rayon polis şöbəsinin əməkdaşları tərəfindən söndürülüb.

Yanğın nəticəsində dağlıq ərazidə 32 ha quru ot, kol-kos və qurumuş ağacların kötüklər yanıb. Ərazidəki ağaclar və yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti