...

Bakı sakininə parkda zorakılıq göstərən 3 nəfər saxlanıldı

Hadisə Materials 2 Oktyabr 2019 16:22 (UTC +04:00)
Bakı şəhər sakinini döyərək çantasını almaqda şübhəli bilinənlər saxlanılıblar.
Bakı sakininə parkda zorakılıq göstərən 3 nəfər saxlanıldı

Bakı. Samir Əli - Trend:

Bakı şəhər sakinini döyərək çantasını almaqda şübhəli bilinənlər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.Balakişiyev oktyabrın 1-də saat 22 radələrində A.S.Puşkin küçəsində yerləşən parkda 3 nəfərin onu döyərək içərisində 130 manatı və 2 ədəd mobil telefonu olan çantasını aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər - Sabirabad rayon sakinləri V.Şahmarlı, K.Məmmədli və Gədəbəy rayon sakini İ.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti