...

Şirvanda avtomobilin vurduğu piyada Bakıya gətirildi

Hadisə Materials 11 Oktyabr 2019 10:25 (UTC +04:00)
Şirvanda yol-nəqliyyat hadisəsində ağır xəsarətlər alan şəxs Bakıya gətirilib.
Şirvanda avtomobilin vurduğu piyada Bakıya gətirildi

Bakı. Ceyhun Ələkbərov - Trend:

Şirvanda yol-nəqliyyat hadisəsində ağır xəsarətlər alan şəxs Bakıya gətirilib.

Trend-in məlumatına görə, ötən gün Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Avtomobilin piyadanı vurması nəticəsində yaşlı kişi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onun üzərində kimliyini təsdiq edən sənəd olmadığından, 50-60 yaş arası olan kişinin şəxsiyyəti bəlli olmayıb.

Komatoz vəziyyətdə Şəhər Mərkəzi Xəstəxanasına çatdırılan piyada reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra vəziyyəti ağır olduğundan, hadisəni törədən şəxsin yaxınları xəstəni Bakıya aparıblar. Bu gün səhər saat 5 radələrində 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılan kişinin vəziyyətinin hələ də ağır olduğu bildirilir, o, reanimasiya şöbəsində müalicəsini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti