Bakı. Samir Əli - Trend:
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə paytaxtı Binəqədi rayonu, Binəqədi şossesində baş verib. 1998-ci il təvəllüdlü Rüstəmov Allahverdi Ənvər oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin qarşısındakı yolda hərəkətdə olarkən yolu keçən Oğuz rayon sakini, 1959-cu il təvəllüdlü Həmidov Fərrux Fərman oğlunu vurub.
Piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.