...

Taxıl anbarından 2 ton arpa oğurlayan şəxs saxlanılıb

Hadisə Materials 29 Oktyabr 2019 19:40 (UTC +04:00)
Taxıl anbarından 2 ton arpa oğurlayan şəxs saxlanılıb
Taxıl anbarından 2 ton arpa oğurlayan şəxs saxlanılıb

Bakı. Samir Əli - Trend:

Taxıl anbarından 2 ton arpa oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Şirvan şəhərində Regional qrupundan verilən məlumata görə, oktyabrın 13-də Qaradağ rayon sakini Natiq Həsənov Hacıqabul RPŞ-yə ərizə ilə müraciət edərək rayon ərazisində ona məxsus taxıl anbarından ümumi dəyəri 800 manat olan 2 ton arpanın oğurlanması ilə bağlı məlumat verib.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 35 yaşlı İmran Novruzov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti