...

Şəmkirdə baş verən ağır qəza ilə bağlı RƏSMİ

Hadisə Materials 30 Oktyabr 2019 14:29 (UTC +04:00)
Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Şəmkirdə baş verən ağır qəza ilə bağlı RƏSMİ

Bakı. Trend:

Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 30-da saat 1 radələrində Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində kənd sakini Babək Qurbanovun idarə etdiyi “VAZ-2106” və Sabirkənd kənd sakini S.Allahverdiyevin idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub. Nəticədə B.Qurbanov və S.Allahverdiyevin sərnişinlərindən - Düyərli kənd sakinləri Ramin Bağırov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti