...

Biləsuvarda içərisində 38 ton benzin olan yanacaqdaşıyan avtomobil yanıb, ölən var (VİDEO)

Hadisə Materials 22 Noyabr 2019 10:28
22 noyabr 2019-cu il tarixində saat 03:49-da Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Biləsuvar rayonu, Ələt-Astara yolunun 102-ci kilometrliyində avtomobil yanması barədə məlumat daxil olub.
Biləsuvarda içərisində 38 ton benzin olan yanacaqdaşıyan avtomobil yanıb, ölən var (VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

22 noyabr 2019-cu il tarixində saat 03:49-da Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Biləsuvar rayonu, Ələt-Astara yolunun 102-ci kilometrliyində avtomobil yanması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.

Saat 04:10 dəqiqədə DYMX-nın ilk yanğın avtomobili hadisə yerinə çatıb. Hadisə yerindən DYMX-nın əməkdaşı verilən ünvanda “Kamaz” markalı yanacaqdaşıyan avtomobilin açıq alovla yanması və avtomobildə 1 nəfərin qalması barədə məlumat verib.

Yanğının söndürülməsinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətindən 21 nəfər şəxsi heyət, 6 texnika cəlb olunub.

Bakıdan Naxçıvan Muxtar Respublikası istiqamətində hərəkət edən 1978-ci il təvəllüdlü Kələntərov Yavər Rəşid oğlu tərəfindən idarə olunan "DAF" markalı 99-CZ-868 dövlət qeydiyyat nişanlı yanacaqla dolu avtoçən idarəetməni itirərək yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib. Yanğın nəticəsində avtoçənin yanar hissələri, çəndə olan 38 ton “Aİ-93” (benzin) markalı yanacaq yanıb. Hadisə zamanı avtomobilin sürücüsü Kələntərov Yavər Rəşid oğlunun meyiti yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobildə olan köməkçi sürücü 1987-ci il təvəllüdlü Məmmədov Emin Sarıbaba oğlu əl və üz nahiyələrindən müxtəlif dərəcəli yanıq xəsarətləri ilə rayon xəstəxanasına aparılıb.

Yanğın saat 05:40 dəqiqədə məhdudlaşdırılıb. Yanğın saat 08:41 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən tam söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti