...

Bakıda avtobus yük maşını ilə toqquşdu - 1 qadın xəsarət alıb

Hadisə Materials 25 Noyabr 2019 11:40 (UTC +04:00)
Bakı Nəqliyyat Agentliyi Bakıda marşrut avtobusunun qəzaya uğramasını təstiqləyib.
Bakıda avtobus yük maşını ilə toqquşdu - 1 qadın xəsarət alıb

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyi Bakıda marşrut avtobusunun qəzaya uğramasını təstiqləyib.

Agentliyin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə açıqlamasında bildirib ki, bu gün səhər saatlarında “Çinar-Trans” MMC-nin müvəqqəti istismarında olan 160 saylı marşrut xətti üzrə 99 LZ 275 dövlət nömrə nişanlı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib: "Daşıyıcının verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər qadın xəsarət alıb. Hadisə ilə bağlı izahat verməsi üşün “Çinar-Trans” MMC-nin rəhbərliyi Agentliyə çağırılıb.

Xatırladaq ki, hadisə bu gün səhər saat 07:30 radələrində baş verib.

Sərnişin avtobusu yük maşını ilə toqquşub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti