...

Bakıda yol qəzası: 3 nəfər xəsarət aldı

Hadisə Materials 26 Noyabr 2019 18:03 (UTC +04:00)
Hadisə paytaxtın Nərimanov rayonu Ağa Neymətulla küçəsində olub.
Bakıda yol qəzası: 3 nəfər xəsarət aldı

Bakı. Samir Əli - Trend:

Bakıda yol qəzası baş verib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu Ağa Neymətulla küçəsində olub:

"Avtomobil qəzası barədə məlumat təcili yardıma saat 13:46-da daxil olub. Hadisə yerindən 25 yaşlı hamilə qadın sol ayağın əzilməsi, 26 yaşlı kişi sol qaşüstü nahiyəsinin əzilməsi və 24 yaşlı kişi qapalı kəllə-beyin və burun sümüyünün sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti