...

Ağcabədi iki maşın toqquşdu, iki nəfər diri-diri yandı

Hadisə Materials 30 Noyabr 2019 15:42 (UTC +04:00)
Ağcabədi rayonunun Avşar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Ağcabədi iki maşın toqquşdu, iki nəfər diri-diri yandı

Bakı. Samir Əli - Trend:

Ağcabədi rayonunun Avşar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 29-da saat 8 radələrində Ağcabədi rayonunun Avşar kəndi ərazisində rayon sakinləri O.Məmmədovun idarə etdiyi “VAZ-2107” və Hüseyn Dədəkişiyevin idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub, zərbədən sonuncu nəqliyyat vasitəsi yolun kənarındakı ağaca dəyərək yanmışdır. Nəticədə H.Dədəkişiyev və sərnişini, həyat yoldaşı Güllü ölüb, O.Məmmədov xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti