...

800 manatlıq quru meyvə oğurlayan şəxs saxlanılıb

Hadisə Materials 10 Yanvar 2020 17:56 (UTC +04:00)
Binəqədidə mağazadan oğurluq olub.
800 manatlıq quru meyvə oğurlayan şəxs saxlanılıb

Bakı. Trend:

Binəqədidə mağazadan oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 17-də rayon ərazisindəki mağazaların birindən 800 manat dəyərində quru meyvələr oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini B.Tahirov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti