...

Avtobusda odlu silahla hərəkət etdiyi deyilən şəxsin kimliyi müəyyənləşdirilib (FOTO)

Hadisə Materials 10 Yanvar 2020 20:18 (UTC +04:00)

Bakı. Trend:

Bakıda 165 saylı sərnişin avtobusunda üzərində odlu silahla hərəkət etdiyi iddiası ilə sosial şəbəkələrdə görüntüsü yayılan şəxsin kimliyi müəyyənləşdirilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Cinayət Axtarış İdarəsi aparılan araşdırmalar nəticəsində həmin şəxsin Binəqədi rayon sakini, 1983-cü il təvəllüdlü Ruslan Somov olması müəyyənləşdirib.

Baş idarəyə dəvət olunan R.Somovun üzərində daşıdığı əşyanın hər hanası odlu silah yox, balıqçı aləti olması subuta yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti