...

Astara sakini keçmiş məhkuma narkotik vasitə satarkən saxlanıldı

Hadisə Materials 13 Yanvar 2020 13:44 (UTC +04:00)
Onun üzərindən 2 kiloqram 5 qrama yaxın heroin götürülüb
Astara sakini keçmiş məhkuma narkotik vasitə satarkən saxlanıldı

Bakı. Trend:

Astara sakini narkotik vasitə satarkən saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ərçivan qəsəbə sakini Q.Əliyev narkotik vasitəni Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş C.Xalıqova satarkən saxlanılıb.

Davam etdirilən tədbirlərlə Q.Əliyevdən 2 kiloqram 5 qram, C.Xalıqovdan isə 2 qrama yaxın heroin götürülüb

Faktla əlaqədar cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti