...

Bakıda gənc binada liftlə şaxtanın arasında qalaraq öldü

Hadisə Materials 22 Yanvar 2020 10:15 (UTC +04:00)
Bakıda çoxmərtəbəli yaşayış binasında ölüm hadisəsi baş verib
Bakıda gənc binada liftlə şaxtanın arasında qalaraq öldü

Bakı. Samir Əli - Trend:

Bakıda çoxmərtəbəli yaşayış binasında ölüm hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, H.Əliyev prospekti 115 saylı ünvanda qeydə alınıb.

Həmin ünvandakı yaşayış binasında "İKMA services" MMC tərəfindən liftin quraşdırılması zamanı qurğu qəfil hərəkətə gəlib.

Hadisə nəticəsində şirkətdə quraşdırıcı işləyən 1998-ci il təvəllüdlü Dəmirov Musa Azər oğlu liftlə şaxtanın arasında qalaraq ölüb.

Faktla bağlı Nizami rayon Prokurorluğunda cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti