Bakı. Trend:
Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 1-də saat 10 radələrində Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində Plankənd kənd sakini A.Ələkbərovun idarə etdiyi “Ford Transit” və Şəmkir rayon sakini S.İsmayılovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
Nəticədə S.İsmayılovun sərnişinlərindən Azər Səfərov hadisə yerində ölüb, özü və digər 3 sərnişini, habelə A.Ələkbərov və onun sərnişini xəstəxanaya yerləşdiriliblər.
Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.