...

Bakıda sabiq deputatın oğlu silahla saxlanıldı

Hadisə Materials 12 Fevral 2020 16:53 (UTC +04:00)
Sabiq deputat Gülər Əhmədovanın oğlu saxlanılıb.
Bakıda sabiq deputatın oğlu silahla saxlanıldı

Bakı. Samir Əli - Trend:

Sabiq deputat Gülər Əhmədovanın oğlu saxlanılıb.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının daxil olan məlumat əsasında keçirdiyi əməliyyat nəticəsində Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədovun idarə etdiyi "BMW" markalı avtomobil saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı saxlanc yerindən 1 ədəd tapança, güllə ilə dolu daraq aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi qaldırılıb.

Xatırladaq ki, saxlanılan T.Əhmədov sabiq deputat, əvvəllər məhkumluq həyatı yaşayan Gülər Əhmədovanın oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti