Bakı. Trend:
Sabirabad rayonunun Şıx Salahlı kəndində ümumi sahəsi 210 m² olan birmərtəbəli inzibati binanın 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 55 m² sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.