...

Şamaxıda zəlzələ olub

Hadisə Materials 16 Fevral 2020 18:24 (UTC +04:00)

Bakı. Trend:

Qobustan stansiyasından 32 kilometr cənub-qərbdə- Şamaxı rayonunda maqnitudası 3,9 bal olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 16:32-də qeydə alınıb.

Ocağı 13 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti