...

Bakıda villa gözətçisi bıçaqlandı

Hadisə Materials 20 Fevral 2020 09:31 (UTC +04:00)
Bakıda gözətçi bıçaqlanıb.
Bakıda villa gözətçisi bıçaqlandı

Bakı. Samir Əli - Trend:

Bakıda gözətçi bıçaqlanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində baş verib.

Şirvan şəhər sakini 1995-ci il təvəllüdlü Paşayev Elvin Elçin oğlu adıçəkilən yaşayış massivindəki villalardan birinə gələrək orada gözətçi işləyən qohumu, Sabirabad rayon sakini, 1980-cı il təvəllüdlü Qayıbov Pənah Şükür oğlunu bıçaqlayaraq hadisə yerindən qaçıb.

Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci( qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. Hazırda E.Paşayevin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti