Bakı. Trend:
Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 300 m² olan mağazada kondisioner, kompüter və elektrik naqilləri 2 p.m yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;