...

Respublika Klinik Xəstəxanasının tibb bacısı dəm qazından boğulub öldü

Hadisə Materials 22 Aprel 2020 10:55 (UTC +04:00)
Bakıda dəm qazı daha bir faciəyə səbəb olub.
Respublika Klinik Xəstəxanasının tibb bacısı dəm qazından boğulub öldü

Bakı. Samir Əli - Trend:

Bakıda dəm qazı daha bir faciəyə səbəb olub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda baş verib. Moskva prospekti ev 62, mənzil 19-da yaşayan 1957-ci il təvəllüdlü Şəhla Həsənova yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Xatırladaq ki, Ş. Həsənova Respublika Klinik Xəstəxanasının tibb bacısı vəzifəsində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti